Gələn ay Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək. Biznes forum iyunun 8-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, Alman-Azərbaycan Xarici Ticarət Palatası və “Azpromo”nun birgə təşkilatçılığı ilə baş tutacaq.
Qeyd edək ki, biznes foruma iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən Avropa şirkətlərinin qatılacağı gözlənilir.
Mənbə: Apa.az