Gələn həftədən daha 11 banka ipoteka üçün müraciət etmək mümkün olacaq

Azərbaycan İpoteka Fondunun müvəkkil banklar sıyahısına yeni daxil olmuş 11 bank üzrə ipoteka müraciətlərinin qəbuluna gələn həftədən başlana bilər.

Bildiyimiz kimi Azərbaycan İpoteka Fondunun müvəkkil banklarının sayı 8-dən 19-a yüksəlib. Amma hələ ki,  sıyahıya yeni daxil olan banklar ipoteka müraciətlərini qəbul etməyə başlamayıblar.

Azərbaycan Banklar Assosiasiyasının “İpoteka proqramının inkişafı üzrə” Ekspert Qrupunu üzvlərindən BBN.az-a daxil olan məlumata əsasən,  bu proses həmin banklarda sənədlərin hazırlanıb Fonda təqdimindən sonra başlayacaq ki,  bu da təxminən 1 həftə  vaxt tələb edir.

Banklara ayrılan limitlər isə hələ ki, məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır