Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi təhlil departamentinin direktoru Şaiq Adıgözəlov “Monetar stimullaşdırma ilə makroiqtisadi stabillik arasında balans: yeni inkişaf modelinə keçiddə monetar siyasətin rolu” mövzusu ilə II Bançılıq Forumunun 1-ci panelində çıxış edib.
Onun sözlərinə görə, fiziki şəxslərin manatla kreditləri 21% artıb. O bildirib ki, bank aktivlərinin 20%-dən çoxu likvid aktivlərdən ibarətdir. Ş.Adıgözəlov oktyabr ayında inflyasiya 13,7% olub ki, bu da ilin əvvəlindən xeyli aşağı göstəricidir və bu dövr ərzində makroiqtisadi sabitliyin təmin olunduğunu qeyd edib.
Şaiq Adıgözəlov deyib ki, gələn il qlobal maliyyə sistemi sərtləşəcək.
“İnkişaf etmiş ölkələrdə inflyasiya aşağı olacaq. Üzən məzənnə rejimin keçid xarici şoklara adaptasiyaya imkan verəcək”-deyə şaiq Adıgözəlov bildirib.