“Gəncə Şərab–2” ASC ötən ili mənfəətlə başa vurub

“Gəncə Şərab–2” ASC-nin 2016-cı il üzrə balans hesabatı açıqlanıb. BBN.az “Xalq Qəzeti” nin rəsmi saytına istinadən xəbər verir ki , ötən il Səhmdar Cəmiyyətinin aktivləri hesabat dövründən əvvəlki illə müqayisədə 0.8 % azalaraq 20 mln. 40 min 437 manat təşkil edib.

Şirkətin 2016-cı il üzrə cəmi kapitalı 18 mln. 32 min 885 manat olub. Bu isə 2015-ci illə müqayisədə 25% çoxdur. “Gəncə Şərab–2” ASC-nin ötən il üzrə cəmi öhdəlikləri hesabat dövründən əvvəlki illə müqayisədə 65 % azalaraq 2 mln. 7 min 552 manat təşkil edib.

 Şirkət ötən ili 2 mln.851 min 880 manat mənfəətlə başa vurub.

Qeyd edək ki, “Gəncə Şərab–2” ASC 2015-ci ildə 1 mln. 622 min 702 manat mənfəət əldə etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır