“Gəncə Şərab-2” səhmdarlarının ümumi yığıncağı keçiriləcək

27 mart 2018-ci il tarixində “Gəncə Şərab-2” ASC  səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

BBN.az “Xalq qəzeti” nə istinadən xəbər verir ki,  yığıncaqda səhmdar cəmiyyətinin 2017-ci il üzrə fəaliyyəti haqqında hesabat, illik maliyyə hesabatlarının, mühasibat balansının, mənfəət və zərər hesabatlarının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi, dividendin elan olunması və ödənilmə müddəti haqqında məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla müəssisənin mühasibatlığında tanış olmaq mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır