“Gəncəbank”ın kreditorlarına müraciət olunub

Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qərarı ilə ləğv prosesində olan “Gəncəbank” ASC-nin ləğvedicisi “Azerbaijan International Consulting Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.

Ləğvedici tərəfindən Müflis elan edilmiş banka qarşı kreditor tələblərin qeydiyyatına başlanması barədə 02 noyabr 2016-cı il tarixdə Əmanətlərin Sığortalanması Fondunun rəsmi internet səhifəsində və 02 noyabr 2016-cı il tarixdə Vergilər qəzetində elan yerləşdirilib.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə uyğun olaraq, ləğvedici müflis elan olunmuş bankın kreditorlarının tələblərini onların təqdim etdiyi sənədlər və məlumatlar əsasında bankın müflis elan olunmasına dair bildirişin kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində yazılı şəkildə qeydə alır.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarının tələblərinin qeydə alınmasına 02 noyabr  2016-cı il tarixdən başlanılmış və 02 yanvar 2017-ci il tarixində başa çatdırılmışdır. Bu tarixdən sonra tələblərin qeydiyyatı ilə bağlı müraciət edən kreditorların tələbləri ləğvedici tərəfindən qeydə alınmayacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır