Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Gəncəbank” ASC-nin bütün kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə 7-ci, yəni sonuncu sırada olan təminatsız kreditorların tələblərinin proporsional qaydada (70 min manat ekvivalentində) ödənişi, o cümlədən əvvəlki növbədə olan kreditorların tələblərinin tam ödənişi 22 iyun 2017-ci il tarixdən etibarən həyata keçiriləcək.
Ödənişlər ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasında və Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən ofisinin Müştəri Xidməti şöbələrində həyata keçiriləcək.