“Gənc İnvestor 2018” III birja ticarəti üzrə virtual simulyasiya yarışı keçirilib

7 dekabr 2018-ci il tarixində Bakı Fond Birjasının və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “İnkişaf bi(r)likdərir” devizi altında “Gənc İnvestor 2018”  birja ticarəti üzrə III virtual ticarət yarışı keçirilib.

BBN.az xəbər verir ki, yarışmada Azərbaycan Dövlət İqtisad Universitetinin,  ADA Universitetinin,  Bakı Mühəndislik Universitetinin, Xəzər Universiteti və Dövlət Gömrük  Komitəsinin Akademiyasının  tələbələri olmaqla 19 komanda, ümumilikdə 76 tələbə iştirak edib.

Qeyd edək ki , virtual ticarət yarışının keçirilməsində məqsəd tələbələr arasında Azərbaycanda kapital bazarlarının təşviqi, onlarda sahiblik düşüncə tərzinin formalaşdırılması və kapital bazarlarına yönəlik gənc mütəxəssislərin hazırlanmasına dəstək göstərməkdir. “Gənc İnvestor 2018” simulyasiya yarışı tələbələr arasında komanda şəklində iş vərdişlərinin formalaşdırılması, müddət, qiymət və risk faktorları əsasında çevik qərarların qəbul edilməsi, bacarıqların inkişaf etdirilməsinə tövhə verməklə nəzəri və praktiki yönümlü institutlar arasında sinerjini təmin edir. Yarış şərtlərinə əsən  komandalar kapital bazarlarını təqlid edən virtual ticarət platformasında sahib olduqları portfeli idarə edərək maksimal gəlirlilik həddinə nail olmalıdırlar.

“Gənc İnvestor 2018” birja ticarəti üzrə virtual yarışmanın qaliblərinə müxtəlif hədiyyələr sertifikatlar, həmçinin  kubok təqdim edilib  və xüsusi olaraq, birinci yerin qalib komandasının üzvləri üçün BFB-də təcrübə proqramı keçmək hüququ əldə ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır