“Gasprom” İstanbulda ofis açıb

Rusiyanın enerji nəhəngi “Gazprom”un İcra Komitəsinin Rəhbəri Aleksey Miller, “Türk Axını” layihəsi çərçivəsində Türkiyə ilə effektiv koordinasiyanın təmin edilməsi üçün “Gasprom”un törməsi olan “South Stream Transport” şirkətinin İstanbulda ofis istifadəyə verdiyini bildirib.

BBN.az xəbər verir ki, bu haqda A.Millerin türk medyasına veriyi açıqlamada bildirib.

Onun sözlərinə görə,”Türk Axını” layihəsi üzrə işlər plana uyğun olaraq irəliləyir və layihənin tikintisi davam etdirilir.

Sonda A.Miller layihə üzrə tikiləcək iki xəttin 2019-cü ildə istifadəyə veriləcəyini xatırladıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır