Gazprom-un İdarə Heyətinin sədri Viktor Zubkov bu il ərzində Türk Axını da daxil olmaqla 3 təbii qaz layihəsini maliyyələşdirəcəklərini açıqlayıb.
Zubkov “Türk Axını”, “Şimal Axını 2” və “Sibirin Gücü” layihələrinin özlərinə düşən hissələrinin Gazprom tərəfindən maliyyələşdiriləcəyini vurğulayıb və 3 layihənin də böyük xərclər tələb etdiyini də əlavə edib.
Qeyd edək ki, Gazprom başqa bir açıqlamasında Türk Axını layihəsi üçün ötən il 23,5 milyard rubl investisiya edildiyini bildirmişdi.