İran Gazprom da daxil olmaqla 20-dən çox beynəlxalq enerji firmasını neft və qaz layihələri ilə bağlı tendərə qəbul edib.
TASS-ın məlumatına əsasən, bu haqda İran Milli Neft şirkəti (NIOC) məlumat yayıb.
Qeyd edək ki, tender iştirakçılarının siyahısındakı şirkətlərə Fransanın Total neft şirkəti, Anglo-Dutch Shell, Çinin Milli Neft Korporasiyası, Malayziyanın Petronas şirkəti də daxildir.