“Gazprom” un 2016 cı ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 20,9 % artaraq 951 milyard rubla çatıb.
Şirkətdən verilən açıqlamaya əsasən, ötən il şirkətin satış gəlirləri 6.1 trilyon rubl olub. Bu isə 2015-ci illə müqayisədə 0,6 % artım deməkdir.
Bildirilib ki, xalis mənfəət və gəlirdəki artımın əsas səbəbi Avropanın təbii qaza olan tələbatının artmasıdır.