“Gazprom” qaz hasilatını artıracaq

“Gazprom” qaz hasilatını artırmasıyla bağlı açıqlama verib. Açıqlamada bildirilib ki, şirkət 2017-ci ildə  qaz hasilatını 430,4 milyard kubmetrə çatdırmağı planlaşdırır. Bu isə keçən illə müqayisədə 2.7% artım deməkdir.

Qeyd edək ki, “Gazprom” 2016-cı ildə qaz hasilatını əvvəlki illə müqayisədə 0.6% artıraraq 419.1 milyard kubmetrə qədər çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır