Rusiyanın energetika şirkəti “Gazprom” və Ukraynanın təbii qaz şirkəti “Naftogaz” arasında təbii qaz daşıma sazişlərinin ləğv edilməsi üçün görüşlərə başlanıldığı bildirilib.
“Gazprom”dan verilən açıqlamada bildirilib ki, görüşlərə keçən həftədən başlanılıb.
Mərkəzi Stokholmda yerləşən Beynəlxalq Mülki Məhkəmə bir müddət əvvəl “Gazprom” və “Naftogaz” arasındakı davanı ukraynalı şirkətin lehinə nəticələndirmişdi. Belə ki, bu qərarla “Gazprom” “Naftogaz”a 2.56 milyard dollar ödəmə etməli idi.