“Gazprom”dan Gürcüstana zəmanətli gəlir təklifi

Gazprom Eksport Gürcüstana qaz nəqli xidməti üzrə zəmanətli gəlir təklifi verib.

Dünən Belarusiyanın paytaxtı Minskdə keçirilən görüşdə Gazpromun Gürcüstana və Gürcüstan vasitəsilə Ermənistana qaz nəqli ilə bağlı şərtlər müzakirə olunub. Bu haqda TASS məlumat verir.

Gürcüstan Rusiyanın Ermənistana qaz nəqlində tranzit ölkə kimi çıxış edir. Bu xidmətin haqqı olaraq ixrac edilən qazın ümumi həcminin 10%-i Gürcüstana çatır.

“Xam materialla ödənişlər artıq beynəlxalq təcrübədə istifadə olunmur. Rusiya Gürcüstana tranzit haqqının Avropada istifadə olunan qaydalar əsasında pulla ödənilməsi üzrə təklif verib”-deyə, Gazpromun açıqlamasında qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır