“Gazprom”un Avropaya qaz ixracı rekord həddə çatıb

Gazpromun rəsmi göstəricilərinə əsasən, 2016-cı ilin yanvar-oktyabr aylarını əhatə edən dövr ərzində Avropaya qaz ixracı 10% və ya 13,05 milyard kubmetr artıb.

25 noyabr tarixində Rusiyanın nəhəng qaz şirkətinin qeyri-MDB ölkələrinə günlük qaz ixracı 601,2 milyon kubmetr həcmində olub. Bu göstərici payız fəsli ərzində gündəlik qaz ixracının 8-ci dəfə rekord həddə çatması deməkdir.

Şirkətin rəhbəri Aleksey Miller ilin sonuna qədər Avropaya qaz ixracının 170  milyard kubmetrə çatacağını bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır