Gecikdirilmiş sosial xarakterli ödənişlər artıq ödənilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlərin bir istiqaməti də əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılmasına yönəlib.

Bu sahədə görülən tədbirlər nəticəsində cari ilin yanvar-may aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 69,4 min manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 65 630 manatı, yəni 94,6 %-i gecikdirilmiş əmək haqlarından, 2500 manatı, yəni 3,6 %-i işəgötürənlər tərəfindən işçilərə ödənilməli olan sosial müavinətlər və kompensasiyalardan ibarət olub. Qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır