Global G.A.P təlimi keçiriləcək

Qida məhsullarının Təhlükəsizliyi idarəetmə sistemləri və Kənd Təsərrüfatı istehsalını idarəetmə sistemi (Global G.A.P) üzrə təlim keçiriləcək. Belə ki, təlimi Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi, Avropanın ən qədim və yüksək reytinqə malik TÜV – Avstriya beynəlxalq sertifikatlaşdırma şirkəti ilə birlikdə reallaşdırır.

Təlimdə iştirak etmək istəyən şəxslər  online qeydiyyat vasitəsilə, (012) 521-28-48, (050) 254-29-27 telefonlarına zəng etməklə, yaxud birpancara@azexport.az ünvanına yazaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, qeydiyyat 20 oktyabr 2017-ci il tarixinə qədər davam edəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır