Gömrük Komitəsi xətti ilə büdcə daxilolmaları 7% artıb

Cari ilin sentyabr ayında Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə 243.7 mln. manat vəsait daxil olub. DGK -nın statistikasına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə gömrük daxilolmalarında 7.1%  artım müşahidə edilib.

Qeyd edək ki, 2017-ci ilin sentyabr ayında  DGK xətti ilə büdcəyə daxil olan vəsaitin 56.2 mln. manatını gömrük rüsumu ,  176.3 mln. manatını daxil olunan malların əlavə dəyər vergisi , 7.8 mln. manatını aksizlər üzrə , 3.4 mln. manatını isə yol vergisi təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır