Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin sonuna bir neçə gün qalmasına baxmayaraq, dekabrın 27-nə olan məlumata görə, Komitə cari ildə nəzərdə tutulan 1 milyard 810,0 milyon manat illik büdcə proqnozuna qarşı 2 milyard 246,66 milyon manat gömrük vergi və rüsumunu toplayaraq proqnoza 124,12 % əməl edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 654,8 milyon manat və ya 41,1% artıq deməkdir.