Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev mayın 23-də saat 11:30-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində (T. Xəlilbəyli küç. 126) vətəndaşları qəbul edəcək. Qəbul zamanı bölgədə yerləşən-Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qeyd edək ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 22-si saat 11:30-dək qəbula yazıla bilərlər.