“Gömrük Məcəlləsi haqqında” Qanuna edilən dəyişikliklər qüvvəyə minib

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

BBN.az-ın məlumatına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 962-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alınıb.

Sərəncamda qeyd edilib ki, Nazirlər Kabineti tərəfindən qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlanıb Prezidentə təqdim edilsin.

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat versin. Bundan başqa Sərəncamda mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlanılması və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentə məlumat verilməsi və həmin Qanundan irəli gələn digər məsələlər öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır