“Gömrük yoxlaması və təhqiqat funksiyalarının təkmilləşdirilməsi” mövzusunda seminar keçirilir

Noyabrın 27-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Gömrük yoxlaması və təhqiqat funksiyalarının təkmilləşdirilməsi” mövzusunda seminar işə başlayıb.

Ümumdünya Gömrük Təşkilatının keçirdiyi seminar Azərbaycan gömrük orqanlarının gömrük nəzarətinin təşkili və hüquqpozmalara qarşı mübarizə sahəsində çalışan əməkdaşları üçün nəzərdə tutulub.

Qeyd edək ki, üçgünlük seminarda hava limanlarında gömrük keçid məntəqələri, gömrük yoxlamaları prosedurları və fiziki baza, dənizdə gömrük nəzarəti, gömrük araşdırmaları, müsahibə alınması metodları, kəşfiyyat əsaslı hədəfləmə və əməliyyat planlaması, nağd pul qaçaqmalçılığı, qaçaqmalçılıq və elektron ticarətin araşdırılması məsələləri barədə məruzələr dinləniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır