Texnologiya nəhəngi “Google” bu həftə Avstraliyanın Mülki Aviasiya Təhlükəsizliyi Təşkilatından (CASA) dronla çatdırılma xidməti göstərə bilmək üçün təsdiq cavabı alıb. Artıq şirkətin törəmə qurumu olan “Wing” tərəfindən paytaxt Kanberrada ilkin çatdırılma əməliyyatları sınaqdan keçirilib.
Sınaq mərhələsində dronlarda aşkar olunan yeganə problem səs-küylü olmasıdır. “Wing” şirkəti hal-hazırda bu problemin aradan qaldırılmasına çalışır.
Qeyd edək ki, Avstraliya sözügedən layihənin tətbiq olunduğu ilk ölkədir və növbəti olaraq Finlandiyada sınaqdan keçirilməsi planlaşdırılır.