“Google” Danimarkaya yatırımlar edib

Beynəlxalq axtarış sisteminə sahib olan “Google” şirkəti Danimarkaya 4.5 milyard krona (690 milyon ABŞ dolları) dəyərində yatırım edəcəyini açıqlayıb.

Belə ki, Google şirkəti Danimarkanın port şəhərlərindən biri olan Fredericia şəhərində hiper məlumat mərkəzi açmağı planlaşdırır.

“Copenhagen Economics” iqtisadi institutunun araşdırmasına əsasən, 2021-ci ilədək davam edəcək bu layihənin Danimarka iqtisadiyyatına 850 milyon dollar məbləğində müsbət effekt verməsi proqnozlaşdırılır.

Əlavə olaraq Google, Danimarkada alternativ enerji mənbələrindən istifadə ilə bağlı həyata keçirilən bir çox layihəyə yatırım etməyi planlaşdırır.

Qeyd edək ki, hal-hazırda 1 ABŞ dolları 6.51 Danimarka kronu dəyərindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır