“Google”a reklam verən amerikalılar son 1 il ərzində onlayn reklamların mağaza içində təsirini, satışın artıb-artmamasını görə bilmək üçün yeni bir “alət”ə çıxış əldə ediblər.
“Bloomberg” tərəfindən verilən məlumata görə, bu cür “alət” “Google”un “Mastercard” ilə imzaladığı gizli müqavilə nəticəsində ortaya çıxıb. Belə ki, müqaviləyə uyğun olaraq “Google” “Mastercard”dan aldığı kredit kartı məlumatlarına görə “alət”dən istifadə edə bilir.
Qeyd edək ki, bu anlaşma ictimaiyyətə açıqlanmıyıb və nə qədər kart sahibinin məlumatlarının ötürüldüyü haqda da dəqiq məlumat yoxdur.