“Google” milyard dollarlıq məhkəməni uduzub

Müəllif hüquqlarını pozduğuna görə “Google” təzminat ödəməli olacaq.

BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Amerika texnologiya şirkəti “Oracle” “Google”un Android əməliyyat sistemində Java proqramlaşdırma dilinin istifadəsi ilə əlaqədar müəllif hüquqları pozulması ilə bağlı müraciət etdiyi apellyasiya məhkəməsində qalib olub.

Vaşinqtonda yerləşən Federal Apellyasiya Məhkəməsi “Google” şirkətinin Android əməliyyat sistemini istehsal edərkən Oracle’ın Java proqramlaşdırma interfeyslərindən (API) istifadə etdiyini və şirkətin müəllif hüquqlarını pozduğu hökmünü verib.

Qeyd edək ki, təzminatın miqdarının dəqiqləşdirilməsi üçün iş məhkəməyə qaytarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır