Google necə yarandı?

Dünyanın ən məşhur rəqəmsal məhsullarının ən başında gələn Google həyatımızda nələri dəyişdi?

1997-ci ildə Larry Page və Sergey Brin adlı iki universitetli tərəfindən Kaliforniyada bir qarajda yaradılan Google, bu gün 100 ölkədən 1.17 milyard insan tərəfindən istifadə edilir və təxmiən 101 milyard dollarlıq dəyərə sahibdir.

20 il əvvəl Google.com axtarış mühərriki olaraq işinə başlayan firma, bu gün Youtube-dan “Google Map”ə qədər bir çox məhsul təklif edir.

2015-ci ildə yaradılan “Alphabet” adlı şirkət Google-un məhsul və xidmətlərini bir-birlərindən ayrı şirkətlərə çevirib.

Balaca bir qarajda fəaliyyətlərinə başlayan Google-un dünyamızı dəyişdiyi bir gerçəkdir. Amma bu dəyişimlərin hamısı insanlığın faydasınadırmı?

Əvvəllər Google-dan bilmədiyimiz şeyləri necə eləmək lazım olduğunu öyrənmək və ya nəyisə xatırlamaq üçün istifadə edirdik. Hazırda isə ağlımıza gələn bütün sualların cavabını tapmaq üçün Google-da bir neçə kəlmə yazmaq kifayət edir.

Google vasitəsilə dünyanın istənilən yerində baş verən hadisə haqqında məlumat ala, virtual şəkildə görə bilirik. Amma bunun pis cəhətlərindən biri internetdə gördüyümüz hər şeyə inanmağımızdır.

 

Mənbə: Habertürk

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır