Amerikanın texnologiya nəhəngi Google ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlər yenidən gərginləşir. Avropa Birliyinin Android mobil əməliyyat sistemi ilə bağlı şirkəti ikinci dəfə rekord səviyyədə cərimələyəcəyi bildirilib. Aİ rəsmiləri cinayət işiylə bağlı ikinci qərarı almaq üçün mütəxəssislər kabinetinə tapşırıq verib.
Qeyd edək ki, Google`a internet alış-verişində rəqabət qaydalarını pozduğu səbəbilə 27 iyunda da 2.42 milyard avro cəza verilib. Bu dəfəki cəzanın bu məbləği keçəcəyi gözlənilir.