İngiltərə startapı sayılan “Revolut” şirkətindən sonra dünya nəhəngi “Alphabet Inc”-ın törəmə qurumu olan “Google Payments” də Litva Mərkəzi Bankından lisenziya alıb.
Sözügedən lisenziya şirkətə Litva bazarında ödənişlərin həyata keçirilməsinə, bazara e-pul buraxmasına və elektron cüzdanların idarə edilməsinə, eləcə Litva banklarının xidmətlərini bütün Avropa Birliyi ölkələrinə yaymasına imkan yaradacaq.
Böyük maliyyə texnologiyaları şirkətləri arasında Avropa bazarında “Google Payments” ilə yanaşı, “Amazon Payments” Lüksemburqdan, “Facebook” isə İrlandiyadan lisenziya alıb.
3 aylıq müddətdə e-pul lisenziyası verən Litva Respublikası, bugünə qədər verdiyi 39 lisenziya ilə İngiltərədən sonra ikinci yerdə qərarlaşıb.