Google aylar əvvəl bildirdiyi kimi 3 aprel tarixində Google plus platformasını bağlayıb.
Google plus hesabına daxil olmaq istəyən istifadəçilər “Google Plus istifadəçilər və markalar üçün artıq aktiv deyil” deyə bir xəbərdarlıq mesajı ilə qarşılaşıblar.
Son aylarda təhlükəsizliklə bağlı boşluqlar səbəbindən 2019-cu ilin avqustunda Google Plus -un bağlanacağı açıqlanmışdı. Lakin şirkət təhlükəsizlik risklərinə nəzarət edə bilmədiyindən bu tarixi önə çəkərək platformanın apreldə bağlanacağını bildirdi.
İstifadəçilərə əvvəldən edilən xəbərdarlıqda deyildiyi kimi artıq istifadəçilərə aid məlumatlar silinməyə başlanıb.