“Google”un gəlirləri və xalis mənfəəti artıb

2018-ci ilin I rübündə “Google”un əsas şirkəti olan Alphabet`in gəliri və xalis mənfəəti artıb.

BBN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətin ilin ilk rübündə gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25.8% artaraq 31.15 milyard dollar olub. 2017-ci ilin I rübündə isə şirkət 24.75 milyard dollar gəlir əldə etmişdi.

Həmçinin, şirkətin xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 73.1% artaraq 9.4 milyard dollara yüksəlib. Şirkətin səhm üzrə mənfəəti isə ötən ilin I rübündə 7.73 dollar olduğu halda, bu rüb 13.33 dollar təşkil edib.

Qeyd edək ki, “Google”un reklam gəlirləri 24.4% artaraq 26.64 milyard dollara yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır