2018-ci il sentyabrın 13-də Göygöl rayonunun Şəhriyar və Kərəmli kəndlərinə təbii qazın verilib.
BBN.az xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 342 abonenti olan Şəhriyar kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6 640 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 19 291 metr müxtəlif diametrli metal borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
100 abonenti Kərəmli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 5 800 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 5 064 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.
Hazırda Göygöl rayonunun Çaykənd kəndinin qaz təsərrüfatının yenidən qurulması ilə yanaşı Qızılca,Yeni Qızılca,Sərkar kəndlərində və Bəhrambağ qəsəbəsində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.