Dekabrın 19-dan etibarən Ukraynanın Sxodnitsa qəsəbəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM üzv dövlətləri gömrük xidməti rəhbərlərinin görüşü keçirilir.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
GUAM üzv dövlətləri gömrük xidməti rəhbərlərinin görüşündə son illər ərzində gömrük əməkdaşlığının nəticələri təhlil olunacaq, GUAM üzv dövlətlərinin sərhədlərini keçən sərnişinlər, mallar və nəqliyyat vasitələrinə münasibətdə gömrük prosedurlarının asanlaşdırılması üçün birgə səylərin istiqamətləri müəyyənləşdiriləcək. Görüşdə GUAM üz dövlətlərinin tranzit potensialını reallaşdırmaq və qarşılıqlı ticarəti təşviq etmək barədə məsələlərə də baxılacaq.
Tədbir zamanı GUAM üzv dövlətlərinin gömrük xidməti rəhbərlərinin birgə bəyanatının qəbul ediləcəyi gözlənilir.
Görüş dekabrın 23-dək davam edəcək.