Günəş tutulması ABŞ şirkətlərinə təxminən 700 mln. dollar ziyan vuracaq

Günəş tutulması ABŞ şirkətlərinə 100 milyonlarla dollara başa gələcək.

Belə ki, Günəş tutulması nəticəsində ABŞ şirkətləri 694 mln. dollar ziyana düşəcək.

Məlumata görə, nadir təbiət hadisəsi 20 dəqiqə davam edəcək. 20 dəqiqə ərzində iş dayanacaq.  Buna səbəb isə hər kəsin bu təbiət hadisəsini izləmək istəməsi olacaq.

Günəş tutulması zamanı 87 mln. insan işdə olacaq. Amma bu, ölkənin makroiqtisadi göstəricilərinə təsir etməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır