“Günəşli” yatağında daha bir quyu təmirdən sonra istismara verilib

Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündə 431 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir.Quyu Qirməki Üstü Qumlu Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 3749-3725 metr intervallarından gündəlik 52 ton neft və 31000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilmişdir.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” NQÇİ tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır