“Günəşli” yatağında yeni quyu istismara verilib

“Azneft” İstehsalat Birliyinin  sifarişi ilə “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündən 355 nömrəli quyu qazmadan sonra istismara verilib. Məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 2985-2974 metr intervaldan sutkalıq 107 ton neft və 27600 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır