”Günəşli”dəki 11 saylı özüldə əlavə 4 quyu qazılacaq

‘Günəşli” yatağında əlavə 4 quyunun qazılması üçün 11 saylı Dərin Dəniz Özülündə aparılan yenidənqurma işləri uğurla davam etdirilir.“Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən tədbirlər zamanı indiyədək 4 quyu şaxtası və istiqamətləndirici boru layihə dərinliyinə vurulmuş, sementləmə işləri yerinə yetirilib, quyular üçün yeni monifold bloku yığılmış, texnoloji xətlər çəkilib. Qazpaylayıcı qurğu quraşdırılaraq mövcud sistemlə əlaqələndirilib. İşlər təhlükəsizlik və əməyin mühafizəsi üzrə bütün müasir tələblərə uyğun şəkildə aparılıb. Obyektdə işlər başa çatmaq üzrədir.

Qeyd edək ki, əlavə qazılacaq yeni quyuların hər birindən  sutkada 80 ton neft və 10 000 kubmetr qaz hasil ediləcəyi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır