“Günay Sığorta” ötən ili mənfəətlə başa vurub

“Günay Sığorta” nın 2016-cı il üzrə maliyyə göstəriciləri açıqlanıb. Hesabata əsasən,  ötən il üzrə şirkətin aktivləri 9.95 mln. manat təşkil edib ki, bu da hesabat dövründən əvvəlki il ilə müqayisədə 18% azdır.  “Günay Sığorta” nın 2016-cı il üzrə cəmi kapitalı 7.8 mln. manat, öhdəlikləri isə 2.1 mln. manat olub. Hesabatda göstərilir ki, sığorta şirkətinin gəlirləri 2.21 mln. manat, cəmi xərcləri isə 2.09 mln. manat təşkil edib.

Qeyd edək ki, “Günay Sığorta” 2016-cı il üzrə 104 min 164.93 manat mənfəət əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır