Kapital Bank-ınYeni il münasibətilə “Gündəlik tələbat krediti” məhsulu üzrə keçirdiyi hədiyyə aksiyası davam edir. Artıq bir neçə müştəri iPad, iPhone 7 və Samsung televizoru kimi qiymətli hədiyyələr qazanıblar. Aksiya 13 yanvar 2017-ci ilədək davam edəcək.
Şərtlərə görə, kredit rəsmiləşdirən müştərilərə xüsusi kuponlar təqdim edilir və müştəri yerindəcə ona təqdim edilən kuponu silib, qazandığı hədiyyəni müəyyən edə bilər.Kampaniya ərzində 2 ədəd iPhone 7smartfonu, 5 ədəd iPad planşeti, 10 ədəd Samsung televizoru və kreditin illik faiz dərəcəsinə 5%-dək endirimlər öz sahiblərini tapacaq. Qeyd edək ki, bütün kuponlar hədiyyəlidir.
“Gündəlik tələbat krediti”nin məbləği 300 – 15 000 manat təşkil edir, müddəti isə 6 aydan 36 ayadək rəsmiləşdirilə bilər. Bu məhsul üzrə kreditlər əmək haqqı və ya təqaüdünü Kapital Bank-dan alan müştərilərə şamil edilir. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı və ya təqaüd kartı, həmçinin şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.