Gürcüstan və Rusiya təbii qazın tranzit haqqı və əlavə təbii qaz tədarükü ilə bağlı razılığa gəliblər.
Gürcüstanın baş nazir köməkçisi və enerji naziri Rusiya ilə görüşlərinin tamamlandığını açıqlayıb.
Gürcüstan hökuməti və Rusiyanın nəhəng şirkəti Gazprom illərdir ki, təbii qazın tranzit haqqı ilə bağlı müzakirələr aparırlar. Gazprom ödənişin nağd qaydada edilməsini vacib hesab edirdi.
Gürcüstanın baş nazir köməkçisi Kakha Kaladze bildirib ki, yeni iki illik razılığa əsasən, 2017-ci ildə ödənişlər qismən, 2018-ci ildə isə nağd qaydada həyata keçiriləcək.