Güzəştli ipoteka kreditlərində minimum ilkin ödəniş nə qədərdir? – SİYAHI

BBN.az olaraq, adi ipoteka kreditləri üzrə minimum ilkin ödəniş həcminə uyğun olaraq, bankların sıralamasını təqdim edirik.

Güzəştli ipoteka kreditlərində də minimum ilkin ödəniş həcminə görə, ən aşağı hədd 15%, ən yuxarı hədd isə 30%-dir. Lakin güzəştli ipoteka da 15%-lik həddi tətbiq edən banklar adi ipoteka kreditlərinə nisbətdə daha çoxdur. Başqa sözlə, əksər banklar güzəştli ipoteka kreditlərində ilkin ödənişi nisbətən daha az tələb edirlər. Yalnız “Bank Silk Vey” ASC güzşətli ipoteka krediti üçün adiyə nisbətdə 5 faiz bəndi daha çox ilkin ödəniş tələb edir.

Sıralamanı təqdim edirik:

Sıra Banklar İlkin ödəniş – Güzəştli ipoteka krediti üçün
1-8 AFB Bank ASC 15%
1-8 AGBank ASC 15%
1-8 Azər-Türk Bank ASC 15%
1-8 Bank Avrasiya ASC 15%
1-8 Bank Respublika ASC 15%
1-8 Bank VTB (Azərbaycan) 15%
1-8 Dəmirbank ASC 15%
1-8 Nikoyl ASC 15%
9-11 Bank of Baku ASC 25%
9-11 GünayBank ASC 25%
9-11 NBCBank ASC 25%
12-25 AtaBank ASC 30%
12-25 Azərbaycan Beynəlxalq Bankı ASC 30%
12-25 Bank BTB ASC 30%
12-25 Bank Silk Vey ASC 30%
12-25 Caspian Development Bank ASC 30%
12-25 Express Bank ASC 30%
12-25 Kapital Bank ASC 30%
12-25 Muğanbank ASC 30%
12-25 PAŞA Bank ASC 30%
12-25 Rabitəbank ASC 30%
12-25 Turanbank ASC 30%
12-25 UniBank KB ASC 30%
12-25 Xalq Bankı ASC 30%
12-25 Yapi Kredi Bank QSC 30%

Qeyd: İlkin ödəniş – Borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. Ilkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən az olmamalıdır.

BBN.az tərəfindən aparılan bu tip bazar araşdırmaları ilə mütəmadi olaraq, tanış olmaq üçün səhifəmizi bəyənə bilərsiniz.

Həmçinin bax:

İpotekada tətbiq edilən minimum yaşayış həddi üzrə bankların sıralaması

Adi ipoteka kreditlərində minimum ilkin ödəniş nə qədərdir? – SİYAHI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır