Güzəştli kreditlər hesabına 14 mindən çox iş yeri yaradılıb

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov  “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair keçirilən tədbirdə bildirilib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkəmizdə 4500-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 14200-dən çox yeni iş yerləri yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır