“Güzəştli mənzil” elektron sistemi vasitəsilə 30-31 may tarixlərində 1 032 müraciət qəbul olunaraq qeydiyyata alınıb. 2 gün ərzində qeydiyyata alınmış 1032 müraciətdən 423 vətəndaşın müraciəti artıq cavablandırılıb. Müraciətlərə qeydiyyata alındığı gündən 5 iş günü ərzində baxılır. Belə ki, 423 vətəndaşın müraciəti artıq cavablandırılıb. 366 nəfərin güzəştlə mənzil əldə etmək hüququ təsdiqlənərək hər birinin şəxsi elektron kabineti yaradılıb, 41 nəfərin sənədlərinin natamam şəkildə təqdim olunması səbəbindən sənədlərdəki çatışmazlıqların aradan qaldırılması zərurəti ilə bağlı bildiriş göndərilib, 16 nəfərin müvafiq kateqoriyaya uyğun olmaması müəyyənləşdirilərək bu barədə bildiriş təqdim edilib.
Qeyd edək ki, müraciətlərin 50 %-dən çoxu vətəndaşların özləri tərəfindən “Elektron hökumət” portalında yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə edilib, qalan hissəsi isə müvafiq “ASAN Xidmət” mərkəzlərində “MİDA” MMC-nin əməkdaşlarının köməkliyi ilə sistemdə qeydiyyata alınıb.