Amerikanın 3 ən böyük bankı – “JPMorgan Chase” (JPM), “Bank of America” (BAC) və “Wells Fargo” (WFC) ötən il nağdlaşdırma haqqı və overdraft komissiyasından ümumilikdə 6.4 milyard dollar qazanc əldə ediblər. Bu qazancın 17.2%-i nağdlaşdırmaya, 82.8%-i isə overdraft komissiyasına aiddir.
Bundan əlavə 2016-cı ildə sözügedən banklarda hesabların açıq qalması üçün ödənilən haqqın cmi məbləği isə 2.3 milyard dollar təşkil edir.
Bu hər bir yetkin amerikalının bu banklara illik 25 dollar komissiya haqqı ödəməsi deməkdir.
Qeyd edək ki, 3 bankın bu tip gəlirlərdən olan qazancı 2015-ci illə müqayisədə 300 milyon dollar artmışdır. Ötən il yalnız JPMorgan-ın nağdlaşdırma gəlirləri 22% artıb. Bankdan verilən açıqlamaya görə, bu nağdlaşdırma haqlarının 50 sent artırılmasilə bağlıdır.
ABŞ-da bankın ATM şəbəkəsinə aid olmayan bankomatlardan aparılan nağlaşdırma üzrə komissiya haqqı orta hesabla 4.57 dollardır.
Overdraft komissiyası hər hansı bir şəxsin bank hesabı 0 dollara düşdüyü zamanı belə hesabdan nağdlaşdırma etdikdə və ya debit kart vasitəsilə ödənişlər edildikdə yaranır. Overdraft hesabın krediləşməsi adlanır. Bankların bir çoxunda bu hallar üzrə komissiya haqqı 35 dollar təşkil edir.
Overdraft komissiyası banklar üçün böyük gəlir mənbəyidir. Misal üçün deyə bilərik ki, il ərzində “JPMorgan” 2 milyard dollar, “Wells Fargo” 1.8 milyard dollar, “Bank of Amerika” isə 1.7 milyard dollar overdraft komissiyasından gəlir əldə edib.
Daha maraqlı bir fakt isə budur ki, overdraft üzrə komissiyanın əksər hissəsini müştərilərin kiçik bir bölümü ödəyib. Belə ki, müştərilərin cəmi 8%-i, ümumi overdraft komissiyasının 75%-ni ödəyib. Bu müştərilərin çoxu cavan və kasıb insanlardır ki, balanslarının 0-dan aşağı enməsi səbəbindən orta hesabla il ərzində 10 dəfədən çox hesabın kreditləşdirilməsini həyata keçiriblər.
CNN MONEY