Hərbi xidmətdə olmayanlar vergi orqanına işə qəbul oluna bilərmi?

Hərbi xidmətdə olmayanlar vergi orqanına işə qəbul oluna bilərmi?

BBN.az xəbər verir ki, bu suala Vergilər Nazirliyinin rəsmi saytında cavab verilib.

Bildirilib ki, vergi orqanlarına işə qəbul vakansiyalar yarandıqda iki mərhələdən ibarət olan müsabiqə yolu ilə həyata keçirilir.

Aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilərlər:

  • Azərbaycan Respublikasının vətəndaşı olmayanlar;
  • dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər;
  • müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslər istisna olmaqla yaşı 35-i keçmiş vətəndaşlar;
  • əyani şöbə üzrə ali təhsil alan vətəndaşlar;
  •  qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar;
  •  üzərindən məhkumluğu götürülməyən və ya ödənilməyən namizədlər.

Qeyd edək ki,  Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”na baxa bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır