Hərracda 16 sifarişçi iştirak edib, 12 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 7 may tarixində növbəti hərrac keçirilib. Vətəndaş fəallığı ilə keçən hərracda dövlət əmlakları rəqabətli mühit yaradıb. Belə ki, 12 dövlət əmlakı üzrə ümumilikdə 16 sifariş verilib. Onlar arasında kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələri var. Özəlləşdirilən dövlət əmlakları paytaxtla yanaşı, Qazax, Gəncə və Sumqayıt kimi şəhər və rayonlarda yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır