“Hədiyyəli Yeni İl” kampaniyasının bitməsinə 10 gün qalıb

“AtaBank” ASC-nin “Hədiyyəli Yeni İl” kampaniyası çərçivəsində sığortalı əmanət yerləşdirən müştərilərin kampaniyadan yararlanmaq üçün sadəcə 10 günü qalıb.

Əmanətçilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edirlər.

Artıq kampaniya çərçivəsində – 88 İsma Bike, 90 ədəd İphone X və müxtəlif hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunub.

Xatırlatmaq istərdik ki, “AtaBank”-da əmanət yerləşdirən müştərilərə veriləcək hədiyyələr aşağıdakılardır: İphone X, İsma Bike, Excelsior Hotel, Chinar Hotel & SPA, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA otellərində istirahət, müalicə və idman paketləri.

Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və ilin son iş günü, yəni 29 dekabr 2017-ci il tarixinədək qüvvədədir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır