Həkimlər və müəllimlər ən çox kredit götürənlərdir

Ekspertlər iqtisadiyyatın bütün sahələrində çalışanların borc öhdəliklərinin artdığını qeyd edir. Nəticədə həkimlər və müəllimlər aylıq kredit borcunun ödənilməsinə öz gəlirlərinin üçdə birini sərf edir.

Rusiyanın Kredit Tarixçəsi üzrə Milli Bürosunun (KTMB) hesabatına görə ən çox borc yükü hazırda büdcədən maliyyələşən təşkilatların əməkdaşlarının üzərinə düşür. Onların ekspertlərinin hesablamalarına görə orta gəlirli tibb işçisi əvvəl götürdüyü kreditin qaytarılması üçün öz gəlirinin 33.56 %-ni xərcləyib. Sosial sferada çalışanların kredit borcu üzrə aylıq ödəmələri gəlirlərinin 33.4%-ni, müəllimlər və təhsil sahəsində çalışan digərlərinin isə 33.3%-ni təşkil edib.

Bununla bərabər, Rusiyanın bir çox regionlarda dövlət sektorunun əməkdaşlarının kredit borcu üzrə ödəmələri gəlirlərinə nisbətən daha çox olub. Məsələn, Xakasiyada tibb işçiləri aylıq gəlirlərinin 40.9%-ni, müəllimlər isə 39.9%-ni kreditin ödənişinə xərcləyiblər.

Lakin, kredit yükünün ən çox artım tempi telekominikasiya və rabitə (+17,42%), IT (+15,43%), bank və sığorta (+9,82%) sahəsində çalışanlarda müşahidə olunub. Beləliklə, daha çox gəlir gətirən sahələrdə borc yükünün artım tempi yüksək olmuşdur. Bu o deməkdir ki, banklar daha çox riskli müştərilərə nisbətən (az gəlirli sahələrdə çalışan) çox gəlirli sahələrə kredit verməkdə maraqlı olublar – KTMB Baş direktoru Aleksandr Vikulin qeyd edib.

KTMB-nin ekspertləri rəhbər işçilərin də borclanma tempinin artdığını qeyd edirlər. Belə ki, gəlirlərinin az hissəsini kreditin ödənilməsinə xərcləyən rəhbər işçilərin bu xərclərinin artması müşahidə olunmuşdur. Bu da onu göstərir ki, sıravi işçilərə banklar rəhbərlərə nisbətən az kreditin verir.

Nəticədə, yalnız altı ay ərzində top-menecerlərin borc yükü 70% artmışdır. Əgər 2015-ci ilin oktyabr ayının əvvəlində rəhbər işçi kreditin ödənilməsinə öz gəlirlərinin 16.6 faizini xərcləyirdisə, artıq 2016-ci ilin aprel ayına bu göstərici 28.5%-ə yükəslmişdir. Eyni zamanda orta səviyyəli rəhbərliyin borc yükü 40% artaraq 29.08% olmuşdur.

Müqayisə üçün qeyd etmək olar ki, orta gəlirli işçinin borc yükü 6 ay ərzində 1.6 faiz bəndi artaraq 31.37% təşkil etmişdir.

“Kreditorlar üçün daha çox cəlbedici olan rəhbər işçilərin borc yükü siravi işçilərin borc yükü səviyyəsinə yaxınlaşır və ikincilərin borc yükünün artım tempi əhəmiyyətli dərəcədə azalmışdır” Riteyl kreditləşməsində gecikmələrin nisbəti yüksək olaraq qalır və real gəlirlərin azalması bütün kateqoriyadan olan vətəndaşlarda müşahidə edilmişdir”- Vikulun qeyd etmişdir.

 

Mənbə: РБК

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır