Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

21 avqust 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0104007684 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiyməti intervalı 88.5514 AZN (13.0720%) və 92.3749 AZN (8.3459%) olan 21 sifariş təqdim olunub.

Maliyyə Nazirliyinin qərarına əsasən keçirilmiş hərracın gəlirlilik dərəcələri Emitenti qane etmədiyi səbəbindən hərrac baş tutmamış hesab edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır